Ölkə

İçi qızıl dolu maşınlar soyuldu

Metbuat.az

İşi qızıl külçə ilə dolu iki yük maşını soyuldu. ANS PRESS-in məlumatına görə, hadisə Fransada, Paris-Lyon magistralında baş verib.



İlkin məlumata görə, iki yük maşının soyulması zamanı 9 milyon avro ziyan dəyib.



Soyğunçuluq hadisəsi ötən gün gecə saatlarında meydana gəlib. 15 nəfər təhlükəsizliyi yüksək səviyyədə təmin edilən maşınlara hücum ediblər. Qarətçilər silahlı və maskalı olublar.



Onların qızıl dolu maşını soyduqdan sonra Paris istiqamətidə qaçdıqları iddia edilir.



Dünyanı şoka salan soyğunçuluqla bağlı dərhal polis işə başlayıb. Qaçırılan yük maşınları yol kənarında tapılsa da onun içərisi boş olub.



Hadisə ilə bağlı Paris prokurorluğunda araşdırma başlayıb.

Mənbə
ANS PRESS