Ölkə

“İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası barədə əmr imzalanıb

Metbuat.az

Bakı, 29 mart,

AZƏRTAC

Təhsil naziri Mikayıl Cabbarov “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası barədə əmr imzalayıb.


AZƏRTAC

xəbər verir ki, əmrə əsasən, əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrinə inklüziv təhsilə cəlb edilmələri nəzərdə tutulur. Nizami rayonundakı 220 nömrəli məktəb-lisey və Xətai rayonundakı 138 nömrəli orta məktəb layihə üzrə pilot müəssisə kimi seçilib. Pilot müəssisələrdə loqopedik xidmətin yaradılması qərara alınıb.


Səhifənin qısa keçidi:

http://edu.gov.az/view.php?lang=az&menu=81&id=10298