Ölkə

“İbtidai sinif müəllimləri üçün təhsil siyasətini əks etdirən sənədlər” mövzusunda təqdimat keçirilib

Metbuat.az

Sumqayıt, 16 mart,

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbdə mühazirə təşkil olunub.


AZƏRTAC

xəbər verir ki, mühazirədə Sumqayıt şəhərinin ümumtəhsil məktəblərinin II və III siniflərində dərs deyən ibtidai sinif müəllimləri iştirak ediblər.


Əvvəlcə Fondun Sumqayıt şəhəri üzrə nümayəndəsi Tahirə Səfərova dinləyicilərə qurum haqqında ətraflı məlumat verib.


Sonra Sumqayıt Şəhər Təhsil Şöbəsinin metodisti Ələddin Paşayev “İbtidai sinif müəllimləri üçün təhsil siyasətini əks etdirən sənədlər” mövzusunda şəhər ziyalıları və ibtidai sinif müəllimləri qarşısında təqdimatla çıxış edib, Azərbaycanda həyata keçirilən təhsil islahatları barədə mühazirə söyləyib.


Mühazirədən sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.