İdman
Mənbə
ANS PRESS
İbrahimoviçə cəza verərkən rəhm etdilər (FOTO)
Çempionlar Liqasının 1/8 final final matçında keçirilən "Çelsi" - PSJ matçında qonaqların heyətində qırmızı vərəqə alan İbrahimoviçin cəzası məlum olub.
ANS PRESS-in məlumatına görə, daha əvvəl isveçli forvardın 2 oyunluq cəza alacağı deyilsə də, futbolçuya 1 oyunluq cəza verilib.
Bu isə o deməkdir ki, 34 yaşlı futbolçu 1/4 finalın cavab matçında iştirak edə biləcək.
Xatırladaq ki, martın 15-də "Bordo" komandasına məğlubiyyətdən sonra (2:3) PSJ-nin futbolçusu Z.İbrahimoviç hakim heyətini kəskin şəkildə tənqid edib: "Mən 15 illik futbol karyeramda heç vaxt bu murdar ölkədə belə pis hakimlik görmədim. Fransa ona layiq deyil ki, PSJ onun çempionatında çıxış etsin."
ANS PRESS