Şou

Hyustonun kürəkəni: “Kristinaya nifrət edirəm”

Metbuat.az
Mərhum müğənni Uitni Hyustonun 21 yaşlı qızı Bobbi Kristina ilə vətəndaş nikahında olan Nik Qordon ilginc açıqlamalar verib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, amerikalı aparıcı Doktor Fillin müsahibi olan Nik Bobbi ilə bağlı qəribə sözlər söyləyib:



“Mən Bobbi Brauna nifrət edirəm. Uitni və Kristina üçün o qədər darıxıram ki!”.



Bu açıqlamaya təəccübünü gizlədə bilməyən aparıcı “Nik, siz sərxoşsunuz?”, - deyə soruşub. N.Qordon müsahibəni yarımçıq qoyaraq studiyanı tərk edib.



Baş verənlərdən dərhal sonra K.Braunun bacısı Leola “Facebook” səhifəsində yazıb:


 


“Doktor Fill, mənim sizə hörmətim böyükdür. Nik Qordon indi Bobbi Kristinanın ölümündə şübhəli şəxs kimi günahlandırılır. Bizdə onun təqsirli olmasına aid sübutlar var. Buna görə də sizdən və başqa KİV-dən xahiş edirik ki, məsələ həll olunanadək Nik Qordonu heç bir müsahibəyə dəvət etməyin”.