Digər

Hüseyn Bağırov Şabranda vətəndaşları qəbul edəcək

Metbuat.az

[ 04 Mart 2015 15:49 ]



Bakı. Fərid Mirzəyev – APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Şabranda vətəndaşları qəbul edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul martın 13-ü saat 10.00-da Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutacaq.

H. Bağırov Şabran, Quba, Qusar, Xaçmaz, Xızı və Siyəzəndə yaşayan vətəndaşlarla görüşəcək.


Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçməlidirlər.