Digər

Hitlerə oxşayan it doğuldu (FOTO)

Metbuat.az

Uelsdə Adolf Hitlerə bənzəyən küçük doğulub.



ANS PRESS-in məlumatına görə, Qorsaynon şəhərciyinin sakini Kler Uolş yeni balalayan itinin küçüklərindən birinin heyrətamiz dərəcədə alman faşistlərin liderinə bənzədiyini görüb.



Klerin özünün etiraf etdiyi kimi, yeni doğulmuş küçüyünün şəklini sosial şəbəkədə paylaşıb və balaca sevimlinin Hitlerə oxşadığını ilk dəfə "Facebook" dostları deyib. Başının tüklərinin rənglənməsi Hitlerin saç ayrımını oxşayır, anadangəlmə çəhrayı burnu isə rəngini dəyişib qara olub. Qadın və ailə bundan sonra balacanı Adolf adlandırmağa qərar veriblər.



Qadın deyir ki, küçüyü belə çağırmaqda pis niyyətləri yoxdur. "Biz Hitlerin uğrunda vuruşduğu ideyaları dəstəkləmirik, amma görürük ki, bu küçük ona çox bənzəyir. Başqa heç bir məqsədimiz yoxdur!", - deyə qadın bildirib.





Qeyd edək ki, zahirən fürerə oxşayan heyvanlar əvvəllər də dünyaya gəlib. Hitlerin oxşarlarını təkcı it və pişiklər arasında deyil, hətta qızıl balıqlar arasında da tapmaq olar.






Belə bir hadisələrdən biri 2013-cü ildə İngiltərənin York şəhərində baş verib. Fransız buldoku ilə şi-tsu cinsli itin cütləşməsi nəticəsində doğulan küçük Adolf Hitlerə bənzərliyi ilə hər kəsi təəccübləndirib. Ona Patç adı versələr də, küçüyün sahiblərinin qohumları küçüyü Hitler və Adolf adlandırırlar.



Patçın sahibəsi isə itinin yalnız zahirən Hitlerə bənzədiyini, fürerdən fərqli olaraq sevimli heyvanının çox mehriban olduğunu deyərək etiraz edib.



Mənbə
ANS PRESS