Dünya

Hindistanın şimalında qatar relsdən çıxıb, 6 nəfər həlak olub

Metbuat.az

Bakı. 20 mart. REPORT.AZ/ Hindistanın şimalındakı Uttar-Pradeş ştatında qatar relsdən çıxıb, nəticədə ən az 6 nəfər həlak olub, onlarla insan yaralanıb. "Report" Hindistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ştatın hökumət orqanlarının rəsmisi bildirib. 


Qatar Dahradun şəhərindən Varanasiya gedirdi. Qəzanın səbəbləri müəyyənləşdirilir.