Dünya
AZƏRTAC
Hindistanda hərbi dəniz donanmasına məxsus təyyarə qəzaya uğrayıb
Bakı, 25 mart,
AZƏRTACHindistan hərbi dəniz donanmasına məxsus təyyarə ölkənin Qoa ştatı yaxınlığında dənizə düşüb.
AZƏRTAC
BBC-yə istinadla xəbər verir ki, hərbi dəniz donanmasının sözçüsü Rahul Sinha təyyarədə olan üç ekipaj üzvünün birinin xilas edildiyini, ikisinin axtarışının isə davam etdiyini bildirib. O, qəzanın səbəbinin məlum olmadığını qeyd edib.