Digər

Həsən Kərimov: "Arif Hacılı yenidən niyə Milli Şuraya müraciət edir?"

Metbuat.az

“Vaxtilə Arif Hacılı Milli Şurada təmsil olunurdu və Müsavatın Milli Şuradan getməsində müstəsna xidmətləri oldu. İndi yenidən niyə Milli Şuraya müraciət edir?”



Bunu

APA

-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri

Həsən Kərimov

deyib.



H.Kərimov bildirib ki, Müsavat Partiyası rəhbərliyinin Milli Şuranın 15 mart mitinqində iştirakına heç kim mane olmayıb: “Milli Şuranın bu mitinqi xalqın sosial sifarişi, ümumxalq mitinqi idi. Müsavat rəhbərliyinin qarşısına heç kim sədd çəkməmişdi ki, bu mitinqə qatılmasın. Müsavat Partiyasının mitinqdə iştirakla bağlı AXCP-yə heç bir müraciəti olmayıb. Əgər səmimi olsaydılar, meydana gələrdilər. Kim onları meydandan çıxaracaqdı?”



Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı APA-ya müsahibəsində AXCP rəhbərliyinin Müsavatın Milli Şuranın mitinqində iştirakını arzulamadığını bildirib.



Milli.Az