Dünya

Hərbçiləri ildırım vurdu

Metbuat.az

Braziliyada ildırım çaxması zamanı hərbi quluqçular zərər çəkib.



ANS PRESS-in məlumatına görə, paytaxt Braziliada baş verən ildırım vurması nəticəsində ölkənin silahlı qüvvələrinin prezident alayında xidmət edən 30-dan çox hərbi qulluqçu müxtəlif dərəcəli travma və xəsarətlər alaraq hospitala çatdırılıb.



Onlardan 26-nın bədənlərində yanıqların olduğu bildirilir.



Rəsmi məlumata əsasən, 2014-cü ildə Braziliyada ildırım vurması nəticəsində 98 nəfər həlak olub. Mütəxəssislərin bildirir ki, hər il ölkədə 50 milyona yaxın ildırım çaxır.

Mənbə
ANS PRESS