Digər

Həmvətənlərimiz ABŞ-da Novruz ənənəsini yaşadır (VİDEO)

Metbuat.az

Dünyanın hansı ölkəsində yaşamağın fərqi yoxdur. Əgər azərbaycanlısansa, deməli Novruz bayramını da qeyd edəcəksən. Amerika Birləşmiş Ştatlarında yaşayan həmvətənlərimiz də hər il olduğu kimi Novruz bayramını qeyd etməyə çalışırlar.



Okeanın o tayında olmalarına baxmayaraq, Birləşmiş Ştatlarda yaşayan həmvətənlərimiz Novruz bayramının özünəməxsusluğunu burada da yaşatmağa çalışırlar. Pənah İbrahimov ailəsilə birlikdə artıq 5-ci ildir ki, Novruz bayramını vətəndən kənarda qeyd edir. Amma kənarda olmaq Novruzun ənənlərini qeyd etməyə mane olmayıb. Hər il ənənəvi olaraq süfrələri səməni, şəkərbura, paxlava, qoğal, rəngarəng yumurtalar bəzəyir.



Uzaqda olmaq buradakı azərbaycanlıları bir-birinə daha çox yaxınlaşdırı. Düzüdür Azərbaycanda olduğu kimi Novruz əhval-ruhiyəssi hiss olunmasa da, Vaşinqtonda yaşayan həmvətənlərimiz Novruz bayramını və axır çərşənbələri bir yerdə, bir ailənin evində yığışmaqla bu ab-havanı yaratmağa çalışırlar.



“Amerika Birləşmiş Ştatlarında tonqal qalamaq çox çətindir. Bununla bağlı yangınsöndürmə idarəsinin çox ciddi təlimatı var. Amma ötən il dostumuzun evində Novruz bayramında tonqal yandırmışdıq”, – deyə Pənah İbrahimov bildirib.



Novruz öncəsi xanımlar bəzi çətinliklərlə üzləşirlər. Bəzi ləvazimatları, ədviyyatları burada tapmaq o qədər də asan olmur. Xəyalə xanım deyir ki, şəkərburanı bəzəmək üçün lazım olan naqqaş və ləpələrin çəkildiyi maşını Amerikada tapmaq çox çətin olduğundan Bakıdan gətirib. Baharın ilk müjdəçilərindən hesab olunan səmənini isə sadəcə bəzi marketlərdə tapmaq olar. Elə ona görə də, çox ailələr səmənini özləri yetişdirməyə üstünlük verirlər.



“Novruz bayramı üçün lazım olan bütün şirniyyatları özümüz hazırlayırıq. Hər il çalışırıq ki, Novruz bayramını adən-ənənəyə uğun bir şəkildə qeyd edək”, – deyə Xəyalə İbrahimova qeyd edib.



Burada yaşayan həmvətənlərimiz Novruz bayramı günlərində evlərinə amerikalı dostlarını da dəvət etməklə bu bayram haqqında onları məlumatlandırırlar.



Novruzun vazkeçilməz ənənsi olan yumurta döyüşdürməyi də həmvətənlərimiz yaddan çıxarmayıb. Hər il Novruz günü bütün evlərdə yumurtalar da döyüşdürülür.



Mənbə
ANS-TV-Rita Ömərova