Ölkə

Həmsədrlər ATƏT-in Minsk qrupunu təmas xəttində baş verən insidentlər barədə məlumatlandıracaq

Metbuat.az

Bakı. 31 mart. REPORT.AZ/

ATƏT

-in Minsk qrupunun

Dağlıq Qarabağ

münaqişəsinin həlli üzrə həmsədrləri Minsk qrupunun digər üzvlərini danışıqlar prosesinin gedişi və  təmas xəttindəki insidentlər barədə məlumatlandıracaq. "Report" xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz twitter səhifəsində yazıb. 


"Minsk qrupunun üzvlərinə təmas xəttində zorakılıq hallarının artması və həyata keçirilən vasitəçilik səyləri haqqında məlumat vermək üçün bu gün Vyanaya gəldim. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi prioritet olmalıdır", - C.Uorlik yazıb.