Ölkə

Həbsxanadan çıxıb, arvadını qətlə yetirən "zek"ə AĞIR CƏZA

Metbuat.az

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirməkdə təqsirli bilinən 1972-ci il təvəllüdlü Elmar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə E. Əliyev 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, qətl keçən il Səbail rayonunda qeydə alınıb. Salyan rayonunda anadan olmuş 1977-ci il təvəllüdlü Münəvvər Mirhəbib qızı Miriyeva Bədəlov küçəsində naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb.

Araşdırmalardan sonra hadisəni törədən şəxsin mərhumun həyat yoldaşı olduğu müəyyən edilib. Qadına 4 bıçaq zərbəsi vuran əvvəllər dəfərlərlə məhkum olunmuş 1972-ci il təvəllüdlü Əliyev Elmar Salman oğlu hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. Sonuncu dəfə dələduzluq maddəsi ilə məhkum olunan E.Əliyev bu il azadlığa çıxıb. Onların iki azyaşlı övladı var.

Mərhum Minəvvər Miriyeva onun 2-ci həyat yoldaşıdır. Saxlanılan şəxsin 1-ci evliliyindən isə 3 övladı var.