Dünya

Həbsxanadan 100 yaşlı qadın azad edilib

Metbuat.az
Ötən həftə təqribən $1,000 təşkil edən cəriməni ödəmədiyi üçün Margaret Ngima Embu həbsxanaya göndərilmişdir.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, yaşlı qadın torpaq sahəsilə bağlı mübahisəli iddia üzrə məhkəmə hökmünü yerinə yetirməməkdə ittiham olunur.
Onun işi ölkə boyu hiddət doğurub.
 
Margaret Ngimanın cəriməsi Nayrobi şəhərindən parlament üzvü Mike Sonko tərəfindən ödənilib.
 
Deputat 3 aylıq həbs cəzasına məhkum edilmiş qadının azad edilməsini təmin etmək üçün həbsxanaya "xilasetmə dəstəsinin" göndərildiyini deyib.
 
Milli.Az