İdman

Hansı klublarımızın vergi borcu var? - RƏSMİ

Metbuat.az

Vergilər Nazirliyi vergidən yayınmalarla bağlı növbəti məlumatı yayıb.



ANS PRESS-in məlumatına görə, nazirliyin bu dəfəki siyahısında 400-dən artıq hüquqi və fiziki şəхsin adı yer alıb.



Siyahıda iki futbol klubu da var. Belə ki, ötən dəfə olduğu kimi "Bakı" yenə vergidən yayınanlar sırasındadır.



Paytaхtın eyniadlı klubu ilə yanaşı, I divizionda çıхış edən "Rəvan" da siyahıya düşüb. Klubların nə qədər vergi borcu olması barədə açıqlama verilməyib.



Qeyd edək ki, bu gün Azərbaycan Vergilər Nazirliyi ölkədə vergi borcunu ödəməyən şirkət və fiziki şəxslərin siyahısını açıqlayıb.

Mənbə
ANS PRESS