Hakim partiya 4 deputatını itirdi
Dnepropetrovsk vilayətinin qubernatoru İqor Kolomoyskini dəstəkləyən deputatlar Dnepropetrovskda “xalq yığıncağının” çağırılacağını bildiriblər.
ANS PRESS-in məlumatına görə, bu haqda Ali Radanın deputatı Andrey Denisenko bildirib.
"Çərşənbə günü işdən sonra saat 18-00 da Dnepropetrovskda Qəhrəmanlar Maydanı sahəsində biz yeni “xalq yığıncağının” keçirəcəyik", - deyə Denisenko bildirib.
Həmçinin, o, Ukrayna prezidenti Pyotr Poroşenkonun partiyasından istefa verdiyini bəyan edib.
A.Denisenkodan başqa daha üç deputat – Vitali Kupriy, Valentin Didıç və Aleksandr Dubinin “Pyotr Poroşenko bloku”nu tərk etdiklərini bildiriblər.
Xatırladaq ki, bundan əvvəl P.Poroşenko və daxili işlər naziri Arsen Avakov “şəxsi silahlı dəstələrə” malik qubernatorlara qarşı çıxış etmişdilər.
MənbəANS PRESS