Dünya

Hakan Fidan yenidən Türkiyə kəşfiyyatının rəhbəri təyin olunub

Metbuat.az
Hakan Fidan

yenidən Türkiyə kəşfiyyatının (MİT) rəhbəri təyin olunub. Bunu Türkiyə hökuməti rəhbərinin müavini

Bülənt Arınç

bəyan edib. Bu barədə

Trend

"Anadolu" agentliyinə istinadən məlumat verir.



Arınçın sözlərinə görə, Fidan Türkiyə Baş naziri

Əhməd Davudoğlu

tərəfindən yenidən təyin edilib.



Xatırladaq ki, Türkiyə kəşfiyyatının (MİT) rəhbəri fevralın 6-da istefa vermişdi. İstefaya səbəb onun parlament seçkilərdə iştirak etmək niyyəti ilə bağlı idi. Ancaq bu gün Hakan Fidan öz namizədliyi geri çəkib.



Qeyd edək ki, Türkiyədə parlament seçkiləri bu ilin iyununda keçiriləcək.



Milli.Az