Digər

Hacıqabulda evdə baş verən yanğında bir nəfər yanaraq ölüb

Metbuat.az

[ 10 Mart 2015 18:43 ]


Hacıqabul. Əlibəy Zeynallı - APA. Hacıqabul rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Hacıqabul Yanğından Mühafizə Xidmətindən (YMX) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Hacıqabul şəhəri Mirzə Baxış Nədim küçəsi 4 ünvanında fərdi yaşayış evində qeydə alınıb.

Yanğın zamanı 1962-ci il təvəllüdlü Kazımov Afiq Nadir oğlu yanaraq ölüb.