Digər

Hacıqabul sakini bədbəxt hadisə nəticəsində ölüb

Metbuat.az

[ 24 Mart 2015 12:31 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Hacıqabul rayonunda bədbəxt hadisə baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 20-də Hacıqabul rayonunun Şorbaçı kəndində kənd sakini İlqar Quliyev elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.