Digər

Gürcüstanda Azərbaycan vətəndaşı qətlə yetirildi

Metbuat.az
Gürcüstanda Azərbaycan vətəndaşı öldürülüb

Qazax Rayon Polis Şöbəsindən

APA

-ya verilən məlumata görə, hadisə martın 22-də səhər 09.00 radələrində Gürcüstanın Rustavi şəhərinin Yağlıca aşırımında qeydə alınıb.



Qazax rayon sakini, 1980-ci il təvəllüdlü

Nəriman Babək oğlu Mustafayev

naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.



Polisdən onu da bildiriblər ki, N.Mustafayev qonşu rayonlardan yığdığı manat əskinaslarını Gürcüstanda yaşayan azərbaycanlılara satmağa aparıbmış.



N.Mustafayev bu gün Qazaxda dəfn ediləcək.



Milli.Az