Digər

Gürcüstanda Azərbaycan dilində dini internet televiziya fəaliyyətə başlayıb

Metbuat.az

[ 11 Mart 2015 01:29 ]


Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) nəzdində internet televiziya (www.müslimmedia.ge) fəaliyyətə başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə GMİ-nin şeyxi Hacı Ramin İgidov məlumat verib. Onun sözlərinə görə, internet televiziyada silsilə xəbərlər gedəcək və mütəmadi olaraq cəmiyyətimizi dini, mənəvi zəmində maraqlandıran daha aktual mövzulara yer ayrılacaq və  Gürcüstanda keçirilən dini tədbirlər yayımlanacaq".

GMİ sədri televiziya ilə maarifləndirmə və məlumatlandırma sahəsində İslam dininə və cəmiyyətə xidmət edəcəklərini bildirib: "İlk çəkilişlərimiz texniki cəhətdən qüsurlu olduğuna görə, üzr istəyirik. Ümid edirik ki, tamaşaçıların rəy və təklifləri sayəsində televiziyamızı daha da təkmilləşdirəcəyik".

Qeyd edək ki, dini televiziya layihəsinin rəhbəri, GMİ əməkdaşı  Məşədi Vidadi Qurbanovdur.