Ölkə

Gün ərzində 74 cinayət faktı qeydə alınıb

Metbuat.az

Bakı, 5 mart,

AZƏRTAC

Martın 4-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 74 cinayət faktından 21-nin üstü “isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.


Respublikanın avtomobil yollarında qeydə alınan 6 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 13 nəfər yaralanıb.


Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.


Cinayət törətdiyinə görə 29 nəfər tutulub.