Ölkə

Gün ərzində 61 cinayət törədilib

Metbuat.az

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 61 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu cinayətlərdən 23-ü “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 33 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 7 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 38 nəfər tutulub.