Dünya

Gümrüdə daha bir şok

Metbuat.az

Cinayət hadisələri ilə populyarlıq qazanan Ermənistanın Gümrü şəhəri yaxınlığında sifəti tanınmaz hala salınmış kişi meyidi tapılıb.



Anspress

-in məlumatına görə, cəsəd Gümrüdən şimalda yerləşən Maisyan kəndində, Gümrü-Bavra avtomagistral şossedə aşkarlanıb.



Kəndin ağsaqqalı Akop Baqdasaryanın sözlərinə görə, naməlum kişi meyidini kənd kilsəsinin yanında tapıblar.



Qətlə yetirilmiş şəxs 30-35 yaşlarında olub. Kənd sakinləri onun cəsədinə baxış keçirərkən, nədən öldüyünü müəyyən edə bilməyiblər.



"Üzü təmamilə tanınmaz hala salınmışdı. Əvvəlcə biz düşündük ki, bu kimdirsə bizim mal-qara fermamızdandır. Yoxladıq, aydın oldu ki, fermanın bütün işçiləri sağ-salamatdır. O, bizim kənddən deyildi. Qalan işləri qoy hüquq-mühafizə orqanları görsün. Artıq bizlik bir şey yoxdur", - deyə Akop Baqdasaryan bildirib.



Milli.Az