Dünya
ANS PRESS
Gümrüdə atışma: 6 yaralı
Ermənistanın Gümri şəhərində atışma baş verib.
ANS PRESS-in məlumatına görə, 8 mart gecəsinə keçən gecə baş verən atışmada altı nəfər yaralanıb.
İki nəfər güllə yaralanmasını ilə və qalan dörd nəfər sancılmış-kəsilmiş yaralarla xəstəxanaya çatdırılıb.
Xəstəxanaya yerləşdirilən yaralılarda ikisi - Knyaz və Qaqik Kazaryan qardaşdırlar. Üçüncü yaralı isə Qaqik Quqasyadır.
Ağır vəziyyətdə olan üç yaralı İrəvana aparılıb.
MənbəANS PRESS