İdman

Güləşçilərimiz Polşaya gedir (HEYƏT)

Metbuat.az

Polşanın Valbrzix şəhərində martın 24-29-da güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək. Yığma komandalarımız çempionatda tam heyətlə iştirak edəcək.



Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə bildirilib ki, ilk dəfə keçiriləcək U-23 Avropa çempionatında 19-23 yaşarası idmançılar mübarizə aparacaq. Tatamiyə ilk olaraq sərbəst güləşçilər çıxacaqlar. Yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Polşaya Mircəlal Həsənzadə (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Murad Süleymanov (70 kq), Məhəmmədhacı Muxutov (74 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Əli Maqomedabirov (125 kq) yollanacaq.



Qızlar isə çempionata martın 26-27-də mübarizəyə qoşulacaq. Böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 7 güləşçimiz iştirak edəcək. Yarışda ölkəmizi Patimat Baqomedova (48 kq), Solmaz Həşimzadə (53 kq), Alyona Kolesnik (55 kq), Elmira Qəmbərova (63 kq), Elis Monolova (69 kq) və Səbirə Əliyeva (75 kq) təmsil edəcək.



Avropa çempionatının son iki günündə mübarizəyə yunan-Roma güləşçiləri qoşulacaq. Yığma komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında çempionata Eldəniz Əzizli (59 kq), Rövşən Tağıyev (66 kq), Ceyhun Əliyev (71 kq), Fuad Əliyev (75 kq), Tural Daşdəmirov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nərəziani (130 kq) yollanacaq.



Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.

Mənbə
ANS PRESS