Ölkə

Gübrələrin qiymətində artım olmayacaq

Metbuat.az

Bakı, 6 mart,

AZƏRTAC

 


Respublikada keçən ildən zəruri həcmdə gübrə ehtiyatı yaradılıb və hazırda gübrə alışı həyata keçirilmir.


AZƏRTAC

xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə müsahibəsində deyib.


Onun sözlərinə görə, gübrə ehtiyatı keçən ildən formalaşdığı üçun bu il yeni qiymət müzakirə olunmur və olunmayacaq.


“Çalışacağıq ehtiyat mənbələrimiz hesabına gələn ildə də gübrələrin qiyməti qaldırılmasın”, - deyə H.Əsədov vurğulayıb.