Ölkə

GUAM-ın qərargahında hüququ statistika üzrə işçi yarımqrupun növbəti iclası olub

Metbuat.az

Kiyev, 18 mart,

AZƏRTAC

 


Martın 16-17-də Kiyevdə, GUAM-ın Katibliyində hüquqi statistika üzrə işçi yarımqrupun 6-cı iclası olub.


Qurumun Kiyevdəki qərargahından bildiriblər ki, tədbirdə GUAM-ın üzvü olan bütün dövlətlərin nümayəndələri iştirak ediblər.


Tərəflər iclasın gündəliyinə müvafiq olaraq, qurumun üzvü olan dövlətlərin hüquq mühafizə orqanlarının beynəlxalq əməkdaşlığının bir sıra aktual məsələlərini müzakirə ediblər.


Hüquqi statistika üzrə işçi yarımqrupun növbəti iclası 2016-cı ilin martında keçiriləcək.


Zeynal Ağazadə
AZƏRTAC -ın xüsusi müxbiri
Kiyev