Dünya

Göyərtisində 148 nəfərin olduğu təyyarə Fransa ərazisində qəzaya uğrayıb

Metbuat.az

Paris, 24 mart,

AZƏRTAC


Martın 24-də Barselonadan havaya qalxaraq Almaniyanın Düsseldorf şəhəri istiqamətində hərəkət edən, göyərtisində 142 sərnişinin və 6 ekipaj üzvünün olduğu Almaniyanın “Germanwings” hava yolları şirkətinə məxsus Airbus A320 sərnişin təyyarəsi havaya qalxdıqdan bir saat sonra Fransanın Digne-les-Bains regionunda qəzaya uğrayıb.


Təyyarənin komandiri təyyarədəki qəzalı vəziyyət barədə məxsus olduqları şirkətə məlumat verib.


Qəza baş verən yerə dərhal həm İspaniya, həm də Fransa rəsmləri, habelə xilasedici dəstələr yollanıb.


Qəzanın hansı səbəbdən baş verdiyi müəyyənləşdirilməyib, neçə nəfərin həlak olması və yaxud sağ qalması barədə hələlik məlumat verilməyib.



Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris