Digər

Göyçayda maşın ağaca çırpılıb, sürücü ağır xəsarət alıb, həyat yoldaşı ölüb

Metbuat.az

Göyçayda bir nəfərin ölümü, birinin isə yaralanması ilə  nəticələnən avtomobil qəzası baş verib.



Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Göyçay-Ucar yolunun 6-cı kilometrliyində, Hüngütlü kəndi ərazisində qeydə alınıb. Ucar rayonunun Alpoud kənd sakini

Fərhad Abdullayev

in idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili hərəkətdə olarkən yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində  sürücünün həyat yoldaşı

Lamiyə Abdullayeva

hadisə yerində dünyasını dəyişib. Ağır bədən xəsarətləri alan sürücü Fərhad Abdullayev isə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.



İlkin versiyaya əsasən, qəza hava yağıntılı olduğu üçün  sürücünün idərəetməni itirməsi səbəbindən baş verib.  Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



Milli.Az