Ölkə

Göyçayda keçirilən voleybol və güləş yarışları başa çatıb

Metbuat.az

Göyçay, 5 mart,

AZƏRTAC

Göyçay rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə voleybolçu qızların rayon birinciliyi keçirilib.


AZƏRTAC

xəbər verir ki, Göyçay şəhər 1 nömrəli orta məktəbin idman zalında keçirilən yarışda rayonun 9 orta məktəbinin şagirdləri iştirak ediblər. Üç gün davam edən turnirdə şəhər 5 nömrəli orta məktəbin komandası birinci, 4 nömrəli məktəbin şagirdləri ikinci, 1 nömrəli məktəbin voleybolçuları 3-cü yerə çıxıb.


Gənclər və idman idarəsinin kollektivi yarışda qalib gələn komandanın üzvlərini mükafatlandırıb.


Həmçinin rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə uşaq-gənclər idman məktəblərinin sərbəst və yunan-Roma güləşi üzrə qruplararası yarışı keçirilib. Turnirdə 150-ə yaxın güləşçi iştirak edib və qaliblər mükafatlandırılıb.