Digər
Göyçayda ikimərtəbəli ev yanıb
[ 28 Mart 2015 03:52 ]
Bakı-APA. Göyçayda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Göyçay rayonu, Bığır kəndində vətəndaşa məxsus ümumi sahəsi 288 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin və çardağının yanar konstruksiyaları 144 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və evə bitişik olan talvar yanğından mühafizə olunub. Yanğın saat 01:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.