Ölkə
AZƏRTAC
Göyçayda 230 hektar sahədə pomidor şitili əkiləcək
Göyçay, 11 mart, Şahnəzər Bəşirov,
AZƏRTACGöyçayda istehsal olunan tərəvəz məhsullarının yarıdan çoxunu faraş tərəvəz təşkil edir. Cari ildə rayonda 230 hektar sahədə pomidor bitkisinin əkilməsi nəzərdə tutulur.
AZƏRTAC
xəbər verir ki, havanın bir müddət yağmurlu və şaxtalı keçməsi əkin sahələrindən bol məhsul götürmək üçün zəmin yaradıb. Hazırda rayonun kəndlərində yetişdirilən pomidor şitilləri böyük istixanalarda torpağa köçürülür. Kəndlərdə demək olar ki, əhalinin 90 faizi istixanalarda pomidor yetişdirir.
Mayın əvvəlində isə istixanalarda pomidor yığımına başlanılacaq. Rayonda faraş tərəvəzçiliklə məşğul olanlar ildə 2 dəfə məhsul götürə bilirlər.
Qeyd edək ki, ötən il rayonda 215 hektardan 5600 ton məhsul əldə olunub.