Digər

Göyçay sakini sevdiyi qıza görə qonşusunu öldürdü

Metbuat.az

Göyçay rayonunda gənclər arasında baş verən dava qan tökülməsi ilə nəticələnib.



APA

-nın xəbərinə görə, hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb.



Kənd sakini, 1989-cu il təvəllüdlü

Məmmədov Elşən Sədiyar oğlu

qonşusu, 1993-cü il təvəllüdlü

Əliyev Rahib Yaşar oğlu

nu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı bıçaqlayıb. Ürək, boğaz və qarın nahiyələrindən 3 bıçaq xəsarəti alan Rahib Əliyev hadisə yerində dünyasını dəyişib.



Məlumata görə, Elşən Məmmədov Rahib Əliyevi sevdiyi qıza görə öldürüb. Belə ki, gənclərin hər ikisi subay olub və onlar bir qızı sevirmişlər. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.



Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.



Milli.Az