Ölkə

Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

 


Böyük Britaniyanın “Transtek Kapital” şirkətinin nümayəndələri - Devid Layvsli və Mahmud Sinoplu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda olublar.


İnstitutdan

AZƏRTAC

-a bildiriblər ki, səfərin məqsədi institutda aparılan elmi tədqiqatlar, maddi-texniki baza ilə tanışlıq və gələcəkdə əməkdaşlıq imkanlarının müzakirə etmək idi.


Görüşdə Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov rəhbərlik etdiyi elm müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələri barədə qonaqlara məlumat verib.


M.Sinoplu bildirib ki, təmsil etdiyi qurumun əsas fəaliyyət istiqaməti dünyanın müxtəlif ölkələrində aparılan innovativ tədqiqatlarla maraqlanmaq və onları maliyyələşdirmə imkanlarını araşdırmaqdır.


Qonaqlar institutun innovasiya sektorunda fəaliyyət göstərən AFM (Atom Qüvvət Mikroskopu), EPR (Elektron Paramaqnit Rezonansı) və digər cihazlarla, həmçinin alimlərin elmi fəaliyyətləri ilə tanış olublar.


Sonra institut direktorunun müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramovun “Cihaz strukturları və CdTe əsaslı nazik təbəqəli günəş elementlərinin yaradılma üsulları” mövzusunda məruzəsi dinlənilib.