Digər

Girov Dilqəm Əsgərovun taleyi Rusiya XİN-in diqqət mərkəzindədir

Metbuat.az

"Girov Dilqəm Əsgərovun taleyi Rusiya XİN-in diqqət mərkəzindədir və bu məsələyə beynəlxalq vasitəçi səyləri çərçivəsində humanitar aspektdən baxılır".



Bunu Rusiya Xarici İşlər Nazirliyindən Krım azərbaycanlıları icmasının sorğusuna cavab olaraq bildiriblər. Bu barədə

Trend

-ə icmadan məlumat verilib.



Cavabda deyilir: "Dilqəm Əsgərova kömək edilməsi ilə bağlı Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrova göndərdiyiniz müraciətlə əlaqədar bildiririk ki, bu məsələ Rusiya XİN-in diqqət mərkəzindədir. Bu məsələyə beynəlxalq vasitəçi səyləri çərçivəsində humanitar aspektdən baxırıq. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Əsgərovun Rusiya vətəndaşı olması məlumatı dəqiqliklə təsdiqlənməyib və yoxlanılır".



Cavab Rusiya XİN-in Müstəqil Dövlətlər Birliyinin Dördüncü Departamenti tərəfindən hazırlanıb.



Milli.Az