Dünya

Generallar azadlığa çıxdılar

Metbuat.az
Məhkəmədə dövlət ittihamçısı tutarlı dəlillərin olmadığını bəyan edib

Türkiyədə Anadolu Ali Məhkəməsi Balyoz davası üzrə dövlət çevrilişinə cəhddə ittiham olunan 236 nəfərin hamsına bəraət qazandırıb.



Anspress

-in məlumatına görə, qalmaqallı iş üzrə ekspert rəylərinə, ifadələrə baxıldıqdan sonra məhkəmə ittihamlar üçün tutarlı dəlillərin olmadığını qət edib. Dinləmə zamanı dövlət ittihamçısı

Ramazan Öksüz

məhkəməyə təqdim olunmuş gizli səsyazmaları, elektron məlumatlarla iddia olunan çevriliş planı arasında heç bir əlaqənin aşkarlanmadığını bildirib.



Bu məqsədlə Öksüz 236 şübhəliyə, o cümlədən keçmiş birinci ordu komandiri general

Çetin Doğan

, hazırda MHP partiyasının sədr müavini olan ehtiyatda olan general

Engin Alan

, keçmiş Hərbi Dəniz Qüvvələri Komandiri admiral

Özden Örnek

və digərlərinə bəraət verilməsinə dair vəsatat qaldırıb, hakim vəsatəti təmin edib.



Balyoz qalmaqalı ilə bağlı iddialara görə, bir sıra yüksək rütbəli zabitlər, vəzifəli şəxslər 2003-cü ildə ölkədə partlayışlar, müxtəlif zorakılıqlar yolu ilə ölkədə hərcmərclik yaratmaqla höküməti devirməyə çalışıb.



Milli.Az