Ölkə

Generaldan qələbə mesajı (VİDEO)

Metbuat.az

Faşizm üzərində qələbənin 70 illiyi münasibətilə keçiriləcək silsilə tədbirə Gəncə şəhərindən start verilib. Burada hərbi birləşmə komandiri general-leytenant Röşvən Əkbərov da daxil olmaqla, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, şəxsi heyəti və şəhər ictimaiyyətin də qatıldığı marafon keçirilib.



ANS-in Gəncə bürosunun məlumatına görə, tədbirin açılışı 1941-45-ci il abidə kompleksində davam etdirildi. Burada nümayiş olunan kiçik tamaşa faşizmlə mübarizədə həlak olanların ruhuna ithaf olundu.



Bədii-təşviqat marafonunun əsas hissəsi isə Heydər Əliyev park kopmleksində, Zəfər tağının önündə baş tutdu. Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev və Veteranlar Şurasının sədri general-mayor Dadaş Rzayev iştirakçıları salamlayaraq tədbirin vətənpərvərlik tərbiyəsi baxımından əhəmiyyətindən danışdılar.



Elmar Vəliyev bildirdi ki, tədbir Müdafiə Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir. Məqsəd yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin yüksəltməkdir.



General-leytenant Rövşən Əkbərov isə ön xətdə düşmənin hücumunu dəf etməkdə göstərdiyi şücaətə görə təltif edilən əsgər Təhmasib Abdullayevə medalını təqdim etdi:



“Bu gün Azərbaycanda elə bir ailə tapa bilməzsizniz ki, onun yaxını Böyük Vətən müharibəsində iştirak etməsin. Bütun ailələr o müharibədən keçib. Arzu edirəm ki, tezliklə qələbimizi qeyd edək".



Daha sonra Azərbaycan ordusunun qoşun növlərini, eləcə də 1918-ci ildə erməni daşnaklarına qarşı və 1941-45-ci illərdə alman faşistlərinə qarşı döyüşən ordu birliklərini təmsil edən bölüklər meydandan keçdi.



Silahlı Qüvvələrin zabiti Ramil Səfərov Şəhidlər xiyabanındakı əbədi məşəldən alovlandırılan məşəli Zəfər tağı önünə gətirdi. Böyük Vətən müharibəsinin veteranları da hərbi maşında marafon iştirakçıları qarşısından keçdi.



İncəsənət xadimləri tərəfindən canlandırılan Şeyx Nizami, Cavad Xan, Əliağa Şıxlinski və İsrafil Məmmədov personajları alqışlarla qarşılandı.



Mənbə
ANS TV: Orxan Mahmudoğlu