Ölkə
Gənclər “Vətəni Sevək!” deyir
Bakı, 19 mart,
AZƏRTAC“Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətəni sevək” layihəsinin icrasını davam etdirir.
İctimai Birlikdən
AZƏRTAC-a bildiriblər ki, Sabirabad rayonunun bir neçə məktəbində, eləcə də Saatlı Heydər Əliyev Mərkəzində təlimlər keçirilib.
Layihənin icrasında məqsəd Azərbaycan tarixini gənclər arasında təbliğ etmək, onlarda Vətənə məhəbbət hissini gücləndirməkdir. Təlimlərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti, gənclərə göstərilən diqqət və qayğı və s. mövzular barədə məlumat verilib.
Layihənin icrası davam edir.