Ölkə
Gənclər və İdman Nazirliyindən idmançının rinqdə ölümünə MÜNASİBƏT
Gənclər və İdman Nazirliyi Hövsan Olimpiya Kompleksində keçirilən Respublika birinciliyi vaxtı dünyasını dəyişən Ramin Zeynalovun ölümünə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Quba rayon sakini Zeynalov Ramin Əlabbas oğlu qaydasız döyüş üzrə Respublika birinciliyi vaxtı aldığı zərbədən dünyasını dəyişib: “Buna çox təəssüflənirik və idmançının ailəsinə başsağlığı veririk. Əfsuslar olsun ki, belə hal oldu.
Təəssüf ki, bu, dünya idmanında baş verən ilk hadisə deyil. Futbol meydançasında, rinqdə dünyasını dəyişən idmançılar olur. Hazırda ekspertizanın nəticələrini gözləyirik. Bizə verilən məlumata görə, o yarışa çıxmazdan əvvəl sağlam olub”.