“Gənclər arasında azərbaycançılıq məfkurəsinin təbliği” adlı layihə həyata keçirilir
Bakı, 10 mart,
AZƏRTAC“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) “Gənclər arasında azərbaycançılıq məfkurəsinin təbliği” adlı layihə həyata keçirir.
TUMİB-dən
AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində martın 13-də Şəmkir, aprelin 6-da Qəbələ, 10-da Salyan, 15-də isə Bakının Binəqədi rayonunda gənclərin iştirakı ilə konfranslar keçiriləcək.
Layihənin məqsədi gənclər arasında azərbaycançılıq məfkurəsini daha çox təbliğ etmək, ölkəmizdə vətənpərvər ruhlu, ziyalı gənclərin yetişməsinə xidmət etməkdir. Eyni zamanda, azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı konfranslar, şeir, mahnı müsabiqələri, rəsm əsərləri sərgisi və respublikamızın gənc jurnalistləri arasında yazı müsabiqəsi keçirərək istedadlı gənclərimizi ictimaiyyətə tanıtmaqdır.