Ölkə
AZƏRTAC
Gəncənin su və kanalizasiya sistemi yenilənir
Gəncə, 29 mart,
AZƏRTACDövlət Proqramına uyğun olaraq Gəncənin su və kanalizasiya sisteminin yenilənməsi sürətlə davam etdirilir.
AZƏRTAC
xəbər verir ki, Almaniyanın İnkişaf Bankı ilə Azərbaycan Hökumətinin birgə layihəsi əsasında həyata keçirilən yenidənqurma işlərinin birinci mərhələsi başa çatdıqdan sonra layihənin ikinci mərhələsinə başlanılıb. Layihəyə əsasən 576 kilometr uzunluğunda paylayıcı içməli su xətti, 582 kilometr uzunluğunda isə kanalizasiya şəbəkəsi yenidən qurulmalıdır. Hazırda işlər şəhərin ən böyük yaşayış massivlərindən olan Bəxtiyar Əliyev və Əziz Əliyev küçələrində aparılır.
Qeyd edək ki, su və kanalizasiya xətləri çəkilib başa çatdıqdan sonra abonentlərin mənzillərinə smart-kart tipli sayğacların quraşdırılmasına başlanılacaq.