Ölkə
AZƏRTAC
Gəncədə xalq artistinə yeni mənzilin açarları təqdim olunub
Gəncə, 21 mart,
AZƏRTACAzərbaycanın Xalq Artisti, Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyoru Məmmədəli Balayev Novruz bayramını ikiqat sevinclə qeyd edir.
AZƏRTAC
xəbər verir ki, xalq artistinin 70 illik yubileyi ərəfəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ona üçotaqlı mənzilin açarlarını təqdim edib.
Bu sevincini dilə gətirən aktyor ölkəmizdə mədəniyyətin inkişafına və mədəniyyət işçilərinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib, Gəncənin, həmçinin respublikanın ictimai-siyasi, mədəni həyatında bundan sonra da fəal iştirak edəcəyini diqqətə çatdırıb.