Ölkə
AZƏRTAC
Gəncədə keçirilən basketbol üzrə açıq birincilik başa çatıb
Gəncə, 6 mart,
AZƏRTACGəncə Olimpiya İdman Kompleksində 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş basketbol üzrə açıq birinciliyə yekun vurulub.
AZƏRTAC
xəbər verir ki, birincilikdə Gəncə ilə yanaşı Şəki, Mingəçevir və Cəlilabad basketbolçuları da iştirak ediblər. Ümumilikdə 16 komandanın qatıldığı yarışda “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının iki komandası I və III yerə, Şəki komandası isə II yerə çıxıb.
Qalib komandalara turnirin fəxri fərmanları, medallar və kubok təqdim olunub.