Ölkə
AZƏRTAC
Gəncədə İran şirkətlərinin sənaye-ticarət sərgisi açılacaq
Gəncə, 3 mart,
AZƏRTACMartın 4-də Gəncənin Olimpiya İdman Kompleksində İran İslam Respublikasının sənaye-ticarət sərgisi açılacaq.
AZƏRTAC
xəbər verir ki, sərgidə İranın 50-dən artıq şirkətinin qida sənayesi, dərman preparatları, tekstil, geyim, kənd təsərrüfatı və digər məhsulları nümayiş etdiriləcək.
Sənaye-ticarət sərgisi Ərdəbil əyalətinin beynəlxalq sərgilər şirkətinin təşəbbüsü ilə təşkil olunacaq. Sərgiyə Ərdəbil əyalətindən başqa, Qərbi və Şərqi Azərbaycan əyalətlərindən, Tehran, İsfahan, Əlborz və Məşhəddən şirkətlər qatılacaqlar.