Ölkə
Gəncədə ağır qəza: 6 yaralı
Gəncə şəhərində şəhər sakinləri Fikrət Rzayevin idarə etdiyi “Mercedes”, Mübariz Əliyevin idarə etdiyi “VAZ-21725” markalı və Şəmkir rayon sakini Aqil Mehdiyevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nəticədə A.Mehdiyev və 4 sərnişini, habelə F.Rzayevin 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Kəpəz RPİ tərəfindən araşdırma aparılır.