Ölkə
Gəncədə 100 nəfərdən ibarət simfonik orkestr yaradılacaq
Gəncə, 21 mart,
AZƏRTACGəncə Dövlət Filarmoniyasının yeni binası istifadəyə verildikdən sonra burada 100 nəfərdən ibarət simfonik orkestr yaradılacaq.
Bu barədə
AZƏRTAC-a Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev məlumat verib.
O bildirib ki, artıq orkestrə lazım olan musiqi alətlərinin alınması üçün sifariş də verilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə yenidən inşa edilən Gəncə Dövlət Filarmoniyasının cari ilin ortalarında istifadəyə verilməsi nəzərdə tutulub.