Digər

Gəncə sakini xəstəxanada ölüb

Metbuat.az

[ 24 Mart 2015 11:12 ]



Gəncə. Azər Məmmədli - APA. Gəncə sakini xəstəxanada dünyasını dəyişib.

Gəncə Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə şəhər ərazisində yerləşən “DNK” tibb müəssisəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Minarə Əliyeva öd kisəsindən əməliyyat olunub. M.Əliyeva əməliyyatdan sonra dünyası dəyişib.

Faktla bağlı araşdırma aparılır.