Gəncə məktəblisi: Tur-aksiya qədim Naxçıvanı yaxından tanımağımıza şərait yaratdı
Naxçıvan, 21 mart, Tural Kəngərli,
AZƏRTACNaxçıvanın tarixi, gəzməli-görməli yerləri, maddi-mədəniyyət nümunələri haqda müəyyən məlumatım olsa da, düzünü deyim ki, ərazi baxımdan Azərbaycandan ayrı düşən bu diyar haqda tam təsəvvürüm yox idi. Təşkil edilən ekskursiyalar ölkəmizin qədim diyarımızı yaxından tanımağımıza şərait yaratdı.
Bu sözləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvana səfər edən Gəncə şəhər 24 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Nicat Vəliyev
AZƏRTAC-a müsahibəsində dedi.
Nicat Vəliyev bildirdi ki, Naxçıvan şəhərinin, buradakı tarixi abidələrin və müasir binaların gözəlliyi, insanların qonaqpərvərliyi və istiqanlılığı onda xoş duyğular oyadıb: “Xan Sarayı, Mömünə Xatın türbəsi, Əshabi-Kəhf ziyarətgahı, Ordubad şəhəri, “Duzdağ” Fizioterapiya Mərkəzi və digər məkanları gəzdik. Onların tarixi ilə tanış olduq. Naxçıvandan çox böyük təəssüratlarla ayrıldıq”.